Accessibility links

Pekin sammiti işini başa çatdırır


Pekində təşkil edilən iqtisadi forunda çıxış edən Çinin baş naziri Ven Tsiabao ölkəsinin qlobal böhranla mübarizə sahəsində bir sıra ölçülər götürdüyünü, lakin əlavə addımlara ehityac olduğunu deyib. Asiya-Avropa sammitinin ikinci və sonuncu günü cənab Ven noyabr ayının 15-də Vaşinqtonda keçiriləcək Böyük İyirmiliyin sammitinə qədər Çinin əlavə ölçülərə əl atacağını deyib. ASEM nümayəndələrinə baş nazir Pekinin iqtisadi böhranın həllində digər ölkələrlə əməkdaşlıq etməklə praqmatik mövqedən çıxış edəcəyini bildirib. Dünya bazarlarında isə tənəzzül davam edir. İqtisadiyat üçüncü kvartal ərzində 0.5 faiz geriliyib.

XS
SM
MD
LG