Accessibility links

Kolumbiyalı qanunverici azad edilib


Kolumbiya rəsmiləri xəbər verir ki, hərbi qüvvələr 8 il bundan öncə solçu qiyamçılar tərəfindən girov götürülmüş qanunvericini azad ediblər. Kaldas regionunun ali rəsmisi deyir ki, Oskar Lizkano bu gün səhər qərbi Çoko vilayətində hərbçilərin və polisin birgə uğurlu əməliyyatı nəticəsində azad olunub. Rəsmilər Lizkanonun FARK kimi tanınan Kolmubiya İnqilabi Silahlı Qüvvələr adlı terror qrupundan xilas edilməsinin detallarını açqılamayıb. FARK ötən İyul ayında Fransa mənşəli Kolumbiya siyasətçisi İnqrid Betankurt da daxil olmaqla 15 girovu aldanaraq orduya təhvil vermişdi. FARK hələ də yüzlərlə insanı Kolumbiya cəngəlliklərində girov saxlayır.
XS
SM
MD
LG