Accessibility links

Litvada koalisiya hökumətinin təşkilinə dair razılıq əldə edilib


Litvanın 4 sağ mərkəzçi partiyası koalisiya hökumətinin təşkilinə dair razılıq əldə edib. Anlaşma son 8 ildə ilk dəfə mühafizəkarların hakimiyyətdə yer almasına yol açan seçkilərdən sonra əldə edilir. Bazar günü parlament seçkilərinin ikinci raundunda yerlərin əksəriyyətini Xristian Democrat- Vətən Bilriyi partiyası qazanıb. Koalisiya təşkil edən digər 4 partiya isə cəmisi 79 yer əldə edib. Hakim Sosial Demokaratlar isə yerlərin 26-na malikdir. Koalisiya hökumətinin təşkilinə dair razılıq iqtisadi böhranın həllini qarşıya məqsəd qoyub. Vətən Bilriyi partiyasının lideri yeni hökumətin iqtisadi plan irəli sürəcəyini bildirirb. Prezident Valdas Adamkus koalisiya hökumətinin təcili iqtisadi islahatlar həyata keçirəcəyini gözlədiyini deyib.

XS
SM
MD
LG