Fransanın xarici işlər naziri Bernard Kuşner Avropa Ittifaqının gələn ay Rusiya ilə iqtisadi və siyasi əməkdaşlıq razılığının bərpa edəcəyini bildirib. Bu açıqlamanı ittifaqın prezidentliyini icra edən Fransanın rəsmisi Sankt-Peterburqda verib. O deyib ki, Avropa ilə Rusiya liderləri noaybr ayının 13 və 14 Nisdə keçiriləcək görüş zamanı tərəfdaşlıq razılığını müzakirə edəcək. 10 illik razılıq 1997-ci ildə əldə edilmiş, ötən il yeni razılığın əldə edilməsinin yubalmasına yol verilməməsi məqsədi ilə razılıq avtomotik şəkildə müddəti uzadılmışdı.