Accessibility links

Taliban yaraqlıları ilə danışıqlar  barədə razılıq əldə edilib


Pakistanın paytaxtı İslamabadda görüş keçirən Pakistan və əfqan rəsmiləri, siyasətçilər, habelə qəbilə başçıları Taliban yaraqlıları ilə danışıqlar aparılması barədə razılıq əldə ediblər. Rəsmilər ölkələr arasında yaraqlılarla təmas quracaq birgə qəbilə şurasının yaradılmasında razılığa gəliblər. “Wall Street Journal”ın yazdığına görə Amerika da Talibanın bəzi üzvləri ilə regionda sabitliyin bərqərar edilməsi məqsədi ilə müzakirələr aparmaq istəyir. Məlumatda Ağ Ev və ABŞ ordusunun sərhədyanı bölgələrin təhlükəsizlik vəziyyətini araşdırdığı yazılır.

XS
SM
MD
LG