Accessibility links

ABŞ hərbi qüvvələri Vazit vilayətinin nəzarətini iraqlılara təhvil verib


ABŞ hərbi qüvvələri İraqın Vazit vilayətinin nəzarətini İraq qüvvələrinə təhvil verib. Vilayətin paytaxtı Kut şəhərində bununla bağlı xüsusui mərasim keçirilib. Vazit İraqın 18 vilayətindən nəzarəti hökumətə keçən 13-cü vilayətdir.

Dünən İraqın bir zamanlar “Ölüm üçbucağı” adlanan ərazisində yerləşən ABŞ qüvvələrinin komandiri təhlükəsizliyə nəzarətin iraqlılara təhvil verilməsinin modelini hazırlayıb. Polkovnik Dominik Karasillonun bildirdiyinə görə, bu model İraq qüvvələri nəzarəti ələ aldıqca ABŞ hərbi qüvvələrinin ərazidə sayını azaltmaqdan ibarətdir.

XS
SM
MD
LG