Accessibility links

Seçkilərə bir həftədən az qaldığı  vaxt  diqqətlər iqtisadi narahatlıqlara yönəldilib


ABŞ prezidentliyinə respublikaçı namizəd Con Makkeyn və onun demokrat rəqibi Barak Obama seçkilərə bir həftədən az qaldığı bir vaxt diqqətlərini iqtisadi narahatlıqlara yönəldib. Obamanın rəy sorğularına görə irəlidə olduğu Pensilvaniya ştatında kampaniyası zamanı Makkeyn Obamanın iqtisadi planını tənqid etmişdi. Arizona senatoru tərəfdarlarına Obamanın vergiləri ixtisar etməklə, sərvətin paylaşdırılmasını istədiyini deyib. Obama isə orta sinif amerikalıların vergilərini 95 faiz azaldacağına söz verib. O deyib ki, vergilərin ixtisar edilməməsi yalnız zənginlərin mənafeyinə xidmət edir. Bu gün Barak Obama Şimali Karolina və sabiq president Bill Klintonun da iştirak edəcəyi Florida ştatlarında kampaniyasını davam etdirir. Con Makkeyn də Florida ştatında tərəfdarları qarşısında bu gün çıxış etməlidir.

XS
SM
MD
LG