Accessibility links

Hindistanın Assam ştatı boyu 12 bomba partladılıb


Hindistan polisinin bildirdiyinə görə, ölkənin şimal-şərqindəki Assam ştatında həyata keçirilən bomba partlayışları azı 48 nəfərin ölümünə, 300 nəfərin isə yaralanmasına səbəb olub. Rəsmilər bu gün Assamın paytaxtı Qauhati də daxil edilməklə, ştat boyu 12 bomba hücumunun həyata keçirildiyini deyirlər. Hələlik hücumların məsuliyyətini üzərinə götürən olmayıb. Qeyd edək ki, bu ayın əvvəlləri region polisinin yerli qəbilə nümayəndələri ilə həmin regiona yerləşdirilmiş Banqladeşli müsəlmanlar arasında qarşıdurmaları dayandıqmaq üçün mübarizə apardığı deyilirdi. Buna görə də rəsmilər yerli qəbilələri qaçqın müsəlmanlara qarşı zorakılıqlarda günahlandırır.

XS
SM
MD
LG