Accessibility links

Burcanadze kabinetdə yerdəyişmələri tənqid edib


Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadze bu yaxınlarda nazirlər kabinetində gedən yerdəyişmələri tənqid edərək bunun rəsmilərin ölkədəki vəziyyəti başa düşmədiyinə sübut olduğunu deyib. Açıqladığı bəyanatda Burcanadze mədəniyyət və ətraf mühit nazirliklərində yerdəyişmələrlə bağlı suallar qaldırır. O, nazirlərin dəyişdirilməsini ölkəni ələ salmaq kimi qiymətləndirir.

Gürcüstan prezidenti Mixail Saakaşvilinin keçmiş müttəfiqi olan Burcanadze bunları baş nazir təyin edilmiş Qriqol Mqlobişvilinin yeni kabinetin siyashısını açıqlamasından bildirib. O, cənab Mqalobişvilini gözl insan və diplomat adlandırıb, lakin onun baş nazir vəzifəsinə hazır olmadığını deyib.

XS
SM
MD
LG