Accessibility links

Britaniya baş naziri neftlə zəngin ölkələrin qlobal maliyyə böhranına kömək etməsini istəyir


Britaniyanın baş naziri Qrodon Braun deyib ki, Yaxın Şərqin neftlə zəngin ölkələri qlobal maliyyə sistemini sabitləşdirməyə kömək etməlidir. Cənab Braun bu gün Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə dörd günlük səfərə çıxıb.

Baş nazir regionun liderlərini iqtisadi böhranın təsirlərinə daha çox məruz qalmış ölkələrə əlavə maliyyə ayırmağa razı sala biləcəyinə ümid bəsləyir.

Londonu tərk etməzdən əvvəl müxbirlərin suallarına cavab verən cənab Braun deyib ki, onun fikrincə, neftlə zəngin ölkələr qlobal iqtisadi tənəzzülün təsirlərinin aradan qaldırılması işində iştirak etmək istəyəcəklər. Onun bildirdiyinə görə, daim dəyişən neft qiymətlərinin mövcudluğu heç kəsin marağında deyil.

XS
SM
MD
LG