Accessibility links

Filippində 19 İslamçı militant öldürülüb


Filippin hərbçiləri cənubi Mindanao adasında döyüşlər və hava zərbələri nəticəsində 19 müsəlman militantı öldürdüklərini xəbər verirlər. Qiyamçı dəstələr ordu postuna hücum etdikdən sonra Filippin əsgərləri döyüş təyyarələrini yardıma çağırıblar. Moro İslam Azadlıq Cəbhəsinin qiyamçıları ötən Avqustda hökumətlə militantlar arasında danışıqlar dalana dirənəndən bəri 60 mülki vətəndaşın həlak olmasına gətirib çıxaran hücumlar ediblər. Ölkənin xirstian siyasətçiləri və ali məhkəməsi müsəlman regionun muxtariyyətini genişləndərəcək danışıqların əleyhinə çıxmışdı.
XS
SM
MD
LG