Accessibility links

Çinin Yunnan vilayətində palçıq sürüşməsi baş verib


Çinin rəsmçi mediası bildirib ki, ölkənin Yunnan vilayətində baş verən palçıq sürüşməsi nəticəsində azı 20 nəfər ölmüş, 42 nəfər isə itkin düşmüşdür. Rəsmi Tsinxua agentliyi daş və palçıqla müşayiət olunan sürüşmənin regionun Çaksiong şəhəri yaxınlığında baş verdiyini bildirir. Yerli rəsmilər ölən və itkin düşənlərin sayının müəyyənləşdirildiyini deyirlər. Tsinxua agentliyi sürüşmələrin son günlər yağan güclü yağışlar səbəbindən baş verdiyini birdirir.

XS
SM
MD
LG