Accessibility links

Amerikada bu gün prezident seçkiləridir


ABŞ seçiciləri bu gün tarixi prezident seçkilərində səs verirlər. Seçicilər Corc Buşdan sonra Amerikanın növbəti prezidentinin respublikaçı Makkeyn, yoxsa demokrat Obama olacağını müəyyən edəcəklər. Səsvermə artıq paytaxt Vaşinqton da daxil olmaqla, bir sıra ştatlarda başlayıb. Səsvermə məntəqlərində uzun növbələrin yarandığı bildirilir. Rəsmilər bu tarixi seçkilərdə seçici fəallığının çox yüksək olacağını gözləyirlər. Barak Obama seçilsə, o, ölkənin ilk Afrika mənşəli prezidenti olacaq. Əgər seçim Makkeynin üzərində dayansa, o, ilk müddətə seçilmiş ən yaşlı prezident, onun partiya tərəfdaşı, vitse-prezidentliyə namizəd Sara Peylin isə ölkənin ilk qadın vitse-prezidenti olacaq. Ölkə üzrə keçirilmiş rəy sorğularına görə, Barak Obama Con Makkeyndən təxminən 8% irəlidədir. Lakin Makkeyn mühüm ştatlarda qələbə çalacağına inanır.

Seçkinin əsas mövzusu iqtisadiyyatdır. Con Makkeyn böyük hökumət xərclərini azaltmaq və Vaşinqontda korrupsiya ilə mübarizə aparacağına, Barak Obama isə orta sinif üçün vergiləri ixtisar edəcəyinə söz verib. Hər iki namizəd Vaşinqtona dəyişiklik gətirəcəyini bildirərək, özlərini qeyri-populyar prezident Corc Buşdan fərqləndirməyə çalışır.

Bu gün amerikalılar habelə Konqresin Nümayəndələr Palatasında bütün 435 yerə, Senatda isə 35 yerə namizədləri seçir. ABŞ konqresmenləri iki il, senatorlar isə altı il müddətinə seçilir. Briləşmiş Ştatlarda hər bir ştatın əhalisinin sayı və Konqresdə təmsil olmasından asılı olaraq, özünün seçki kollegiyası var. Qələbə çalmaq üçün prezidentliyə namizəd seçki kollegiyasında 538 səsdən azı 270-ni almalıdır.

XS
SM
MD
LG