Accessibility links

Türkiyə baş naziri Obamanı prezident seçilməsi münasibətilə təbrik edib


Türkiyənin baş naziri cənab Obamanı prezident seçilməsi münasibətilə təbrik edərək, eyni zamanda kampaniya dövrü çıxışlarda sölənilənlərə ehtiyatlı münasibətini bildirib. Rəcəp Tayyib Ərdoğan Ankarada müxbirlərə deyib ki, o, seçki kampaniyası dövrü deyilənlərin prezidentlik siyasətinə qədər gedib çıxmayacağına ümid edir. Cənab Ərdoğanın açıqlamaları cənab Obamanın prezident kimi erməni soyqırımını tanıyacağını deməsinə işarə kimi qiymətləndirilir. Cənab Ərdoğan deyib ki, Türkiyə və Amerika arasında münasibətlər administrasiyaların dəyişməsi deyil, onlar arasında əlaqələrin strateji xarakterinə görə müəyyən edilir.

XS
SM
MD
LG