Accessibility links

İranın "Şərhvənd-i-Emruz" jurnalı bağlanıb


İran rəsmiləri siyasi mövzuda məqalələr dərc edən “Şəhrvənd-i-Emruz” jurnalını bağlayıblar. Bu qərar İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneinin mətbuatı hökumətin fəaliyyətlərini işıqlandırmasını tənqid etməsindən sonra verilib. Jurnalın hüquqşünası deyib ki, dərgi siyasi diskusiya deyil, yalnız mədəniyyət mövzusunda məqalələr dərc etmək hüququ olduğuna görə bağlanıb.

İran mətbuatı daxili işlər naziri Əli Kordanın vəzifədən kənarlaşdırılması ilə nəticələnmiş qalmaqalı yaxından izləyirdi.

XS
SM
MD
LG