Accessibility links

ABŞ-da işsizlik səviyyəsi son 14 ildə ən yüksək səviyyəyə çatıb


ABŞ-da işsizlik göstəricisi Oktyabrda son 14 ildə ən yüksək zirvəsinə çatıb ki, bu da dünyanın aparıcı iqtisadiyyatının gerilədiyini nümayiş etdirir. Bu gün Əmək Departamentinin açıqladığı hesabatda işsizliyin 6.5 faizə qalxdığı və iqtisadiyyaın 240 min iş yeri itirdiyi bildirilir. Bununla da işsiz Amerikalıların sayı 10 milyona çatmış olur. İş itkiləri inşaat, maliyyə və istehsal şirkətlərinə daha pis təsir edib. Aparıcı ABŞ avtomobilqayırma şirkətləri bu gün milyardlarla dollar itirdiklərini xəbər veriblər. Həmin şirkətlər on minlərlə adamı işdən çıxaracaqlarını bildirir. Bu arada İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı aparıcı ölkələrin iqtisadiyyatlarının tənəzzülə doğru yuvarlandığını məlumat verir. Bütün dünya boyu eksportlara olan təlabat da azalıb.

XS
SM
MD
LG