Accessibility links

Avropa Birliyi Rusiyanın raket planından dərin narahatlığını bildirib


Avropa Birliyi Rusiyanın Polşa ilə sərhəddə raket yerləşdirmək planları ilə bağlı dərin narahatlığını bildirib. Avropa Birliyinin bu günkü bəyanatı Rusiya prezidenti Dmitri Medvedevin ABŞ-ın şərqi Avropada raketlərdən müdafiə sistemi yaratmaq planının qarşılığında raketlər yerləşdirmək planını elan etməsinə cavabdır. Bəyanatda deyilir ki, Rusiyanın addımı Avropada təhlükəsliklə bağlı narahatlıqları azaltmayacaq və gələcək dialoqu çətinliyə salacaq.

ABŞ rəsmiləri Rusiyanın narahatlıqlarını azaltmaq üçün çox çalışdıqlarını bildirmiş və cənab Medvedevin qərarını təəssüfedici adlandırmışlar.

XS
SM
MD
LG