Accessibility links

Fələstin fraksiyalarının danışıqları təxirə salınıb


Misir rəsmiləri gələn həftə üçün nəzərdə tutulmuş Fələstin fraksiyaları arasındakı sülh danışıqlarını təxirə salıblar. Rəsmilər Misirin sponsorluq etdiyi danışıqların nə vaxt keçiriləcəyini bildirməyiblər. Bu gün erkən Hamas liderləri rəqib Fatahla danışıqları baykot edəcəklərini bildirmişdilər. Nümayəndələr bildirir ki, Fələstin Prezidenti və Fatah lideri Mahmud Abbas Fatahın nəzarətində olan Qərb Sahilində Hamas üzvlərini təqib etməkdə davam edir.
XS
SM
MD
LG