Accessibility links

İranda insan haqlarının durumu pisləşir


Bir neçə insan haqları təşkilatının birləşdiyi İnsan Haqları Ferdrasiyası (FIDH) və İranın İnsan Haqlarını Müdafiə Təşkilatı (LDDHI)Birləşmiş Milllətlər Təşkilatına birgə müraciət edərək, BMT-yə üzv olan ölkələri İranda insan haqlarının pozulması ilə bağlı qətnamə çıxarmağa çağırıb. İnsan haqlarını müdafiə təşkilatlarının BMT-yə ünvanladığı müraciətdə İranda insan haqlarının vəziyyəti ilə bağə geniş məlumat dərc edilib. Onların bildirdiyinə görə bu ölkədə insan haqlarının durumu getdikcə pisləşir.

Mənbələrin bildirdiyinə görə, İranda qeyri-insani cəza növlərinin tətbiqi davam etdirirlir. Buna misal olaraq deyilir ki, İranda bədən orqanlarının amputasiyası, o, cümlədən insanların əlinin, qolunu və ayağını kəsməklə cəzalandırılması, eləcə də məhkumların daşqalaq edilməsi kimi dəhşətlı cəza növləri hələ də həyata keçirilir. İnsan haqlarını müdafiə qurumlarının birgə müraciətində qeyd edilir ki, İranda yeniyetmə çağlarında cinayət törətmiş adamların edam edilməsi halları davam edir. İranın Ali Məhkəməsi yeniyetmələrin edamının dayandırılmasına qərar versə də bu qərar, qətl kimi cinayətlərə görə edama məhkum edilən azyaşlılara şamil edilmir.

İnsan haqları müdafiəçiləri İran qanunlarında qadınlara qarşı kəskin ayrıseçkiliklərin mövcud olmasından şikayətlənirlər. Ailə üzvləri arasında var-dövlətın bölünməsi zamanı oğlana qızdan 2 dəfə çox pay ayrılması, qadının qan qiymətinin kişidən ikiqat az olması kimi ədalətsizliklərin qanuniləşdirildiyi söylənilir.

Bir qayda olaraq milli və dini azlıqlara qarşı ayrıseçkiliklərdən söz açan insan haqları qurumları, həm də düşüncəsinə, əqidəsinə və siyasi mənsubiyyətinə görə insanların təqib edilməsinin baş alıb getdiyini bəyan edirlər. Bundan əlavə, ölkədə müxtəlif azlıqlar arasında siyasi, iqtisadi və ictimai hüquq bərabərliyinin təmin edilmədiyi vurğulanır və insan haqları ilə bağlı İrana qarşı qətnamə çıxarılması istənilir.
XS
SM
MD
LG