Accessibility links

Misir Bin Ladenin oğlunun ölkədə qalmasına icazə verməyib


Misir Üsəma Bin Ladenin oğlu İspaniyada siyasi sığınacaq ala bilmədikdən sonra onun ölkəyə daxil olmasına icazə verməyib. Ömər Bin Laden Qahirəyə şənbə günü İspaniya rəsmiləri onun siyasi sığınacağa dair müraciətini rədd etdikdən sonra gəlmişdir. Əl-Qidə liderinin 19-cu oğlu olan Ömər Bin Laden İspaniyaya getməzdən əvvəl yaşadığı Misirdə özünü təhlükəsiz hesab etmədiyini deyib. Misir rəsmiləri bidiriblər ki, o, Qətərə yola salınmasını istəyib. İspaniynın Daxili İşlər naziri deyib ki, Ömər Bin Laden İspaniya hökumətinin siyasi sığınacaq verilməsi üçün tələb etdiyi qanuni şərtlərə cavab vermir.

XS
SM
MD
LG