Accessibility links

İran Amerikanın İran siyasətində dəyişiklik gözləmir


İranın Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi yanvar ayında Barak Obamanın prezidentliyə başlamasından sonra Amerikanın İran siyasətində dəyişiklik gözlənilmədiyini deyib. Sözçü bu bəyanatı Obamanın İranla dialoq qura biləcəyinə dair müxbirlərin sullarını cavablandırarkən verib. Şənbə günü İran parlamentinin spikeri Əli Laricani İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini deyən Obamanı kəskin tənqid etmişdi. Laricani Obamanın dediklərinin Amerikanın keçmiş və yanlış siyasətinin dəyişməyəcəyinə dəlil göstərmişdi.

XS
SM
MD
LG