Accessibility links

Rusiyanı sualtı nüvə qayığında qəzaya zəhərli qazın sızması səbəb  olub


Rusiya rəsmiləri ilkin dəlillərin sualtı nüvə qayığında 20 nəfərin ölümü ilə nəticələnən qəzaya zəhərli qaz sızmasının səbəb olduğunu göstərdiyini deyir. Prezident Dmitri Medvedev hadisə qurbanlarının ailələrinə yardım göstərilməsi və baş verənlərin araşdırılmasına göstəriş verib. Təhlükəsizlik sistemindəki nasazlıq səbəbi ilə 20 nəfərin xəsarət alıbr. Sualtı qayıq dünən Vladivostok yaxınlığındakı bazaya qaytarılıb. Ölənlərin 17-nin mülki mühəndislər olduğu bildirilir. Qayığın nüvə reaktoruna ziyan dəymədiyi və radiasiya sızmasının qeydə alınmadığı deyilir.

XS
SM
MD
LG