Accessibility links

İranın nüvə silahları əldə etməyə cəhd göstərməsi Qərbin narahatlıqlarını artırıb


ABŞ, Britaniya, Fransa, Almaniya və Çin nümayəndələri bu gün Parisdə İranın uran zənginləşdirilməsindən çəkindirilməsi yollarını müzakirə edir. Qərb ölkələrini İranın nüvə silahları əldə etməyə cəhd göstərdiyi narahat edir. Narahatlıqlar Iranın Israil və Avropaya çata biləcək quru raket sınaqlarının nailiyyətlə başa çatdığını bildirməsindən sonra daha da dərinləşib. Dövlət mətbuat orqanı olan İRNA mudafiə naziri Mustafa Məhəmməd Nəccara istinadən bildirib ki, xalis yanacaq işlədən yüksək sürətli Sicil raketləri İranın silahlı qüvvələrinin fəza ekspertləri tərəfindən istehsal edilib. Nazir bu silahların müdafiə mahiyyəti daşıdığını bildirib.

İranın raket sınağı açıqlamasından dərhal sonra ABŞ Dövlət Departamenti sınaqların BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olduğunu və İranın beynəlxalq öhdəliklərə əməl etmədiyini bildirib.

XS
SM
MD
LG