Accessibility links

Birmada jurnalist həbs edilib


Birma mətbuatının bildirdiyinə görə, yerli jurnalist siklon qurbanlarının nümayişini işıqlandırdığı üçün 2 il azadlıqdan məhrum edilib. Mətbuat mənbələri Ranqun məhkəməsinin hətta vəkili olmayan Eyn Kanq Unu dünən bağlı qapılar arxasında keçən iclasdan sonra bu barədə hökm çıxardığını deyirlər. O, fotolar çəkərək beynəlxalq mətbuatın bundan istifadəsinə şərait yaratmaqda ittiham olunurdu. Bu isə Birma dövlət maraqlarına zidd hesab edilir. Birmanın “Eco Vision” jurnalının müxbiri artıq 5 aydır həbsdədir. O, iyunun 10-da Ranqundakı BMT binasının qarşısında siklon qurbanlarının nümayişindən kadrlar götürərkən saxlanılıb. O zaman nümayişçilərin məqsədi BMT İnkişaf proqramından yardım tələb etmək idi. Qeyd edək ki, bu il may ayının əvvəllərində Birmanın İrravadi deltasını dağıntıya məruz qoyan “Nərgiz” siklonu 130 min insanın ölməsi və itkin düşməsi ilə nəticələnib.

XS
SM
MD
LG