Pakistanın Maliyyə Naziri bildirib ki, iqtisadiyyatını sabitləşdirmək
üçün Beynəlxalq Valyuta Fondu ona 6
milyard 700 milyon dollar məbləğində kredit verməyə razılaşıb. Pakistanın iqtisadiyyat
sahəsindəki baş müşaviri Şövkət Tarin
deyir ki, bu kredit Pakistana
xarici borclarını ödəməyə yardım edəcək.
O, Kəraçidə müxbirlərə bildirib ki,
gələn həftə Pakistan kredit üçün rəsmən Beynəlxalq Valyuta Fonduna
müraciət edəcək, lakin artıq fond Pakistana kredit buraxmağa razılıq verib.