Accessibility links

İraq hökuməti Birləşmiş Ştatlarla təhlükəsizliyə dair müqaviləni təsdiq edib


İraq hökuməti Birləşmiş Ştatlar hərbi qüvvələrinin ölkədə qalmasına imkan verən təhlükəsizliyə dair müqaviləni təsdiq edib. Müqaviləyə əsasən, Amerika hərbi qüvvələri bu ilin sonu BMT mandatı bitdikdən sonra da ölkədə qala bilər. Lakin müqavilədə hərbi qüvvələrin 2011-ci ilin sonunda İraqdan çıxmalı olduğu göstərilir.

Sənəd təsdiq edilmək üçün parlamentə göndərilib. Səsvermənin bu ayın sonu keçiriləcəyi gözlənilir.

Bu arada İraq polisi bildirib ki, Diyala vilayətində intiharçının hücumu nəticəsində 7 polis nəfəri daxil olmaqla, azı 15 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

XS
SM
MD
LG