Accessibility links

İranda zaminə buraxılmış azərbaycanlı tələbələr yenidən məhkəməyə çağırıldı


İran mənbələrinin yaydığı məlumata görə, Təbrizdə yenicə azadlığa buraxılmış azərbaycanlı tələbələr yenidən İslam İnqilabı Məhkəməsinə çağırırlıblar. “Əmir Kəbir” xəbər saytının yazdığına görə, məhkəməyə çağırılanlar bir müddət öncə girov müqabilində müvəqqəti azadlığa çıxmış Səccad Radmehr, Aydın Xacei, Fəraz Zehtab, Ehsan Nəcəfi, Əmir Mərdani, Məqsud Əhdi, Mənsur Əminian və Dariyuş Hatəmidir. Məhkəmə onlara əvvəllər barələrində irəli sürülmüş ittihamlara baxmaq adı ilə çağırış göndərib. Bir neçə ay öncə Təbrizdə təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən “milli təhlükəsizliyi pozamağa cəhd”də ittiham edilərək həbs olunan azərbaycanlı tələbələr 3 ay müddətinə qapalı rejimli Ettelaat təcridxanalarında saxlandıqdan sonra 25-50 milyon tümən (25-50 min ABŞ dolları) dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdırlar.
XS
SM
MD
LG