Buş administrasiyasının 700
milyard dollar həcmində maliyyə sektorunu xilas paketini qəbul etməsinə
baxmayaraq, dünya boyu səhm indeksləri düşməkdə davam edir. İşsizlik artıb, daha artıq şirkətlər müflis
olur, və ev satışları rekord aşağı səviyyəyə düşüb.
New York Times-ın bugünkü
redaktor məqaləsində administrasiyanın planı icrası tənqid olunur. Qəzet yazır ki, xilas paketi ilk əvvəl işə
düşəndə Maliyyə Naziri Henri Polson bankların pis vəsaitlərini almağı təsbit edən orijinal
planı dəyişdirdi. Belə ki, o, anladı ki,
təklif olunan plan maliyyə bazarlarına lazım olduğundan xeyli ləng və mürəkkəbdir. Əvəzində o, birbaşa banklara 250 milyard
dollar yatırım qoymaq qərarı verdi.
Lakin bu, ürkək investorların federal hökumətə etimadını qırdı və belə
bir təsəvvür yaratdı ki, hökumət özü də nə etdiyini bilmir.
Cənab Polson American International Group adlanan sığorta şirkətinə milyardlarla dollar ayırıb ki, bu pulların haraya xərcləndiyi məlum deyil. Əvəzində federal hökumət böhranın özəyini təşkil edən ev bazarındakı itkiləri aradan qaldırmağa meylli görünmür. Bu xüsusda Times iqtisadiyyatın sürətlə gerilədiyi və bazarların təlatümlə üzləşdiyi bir zamanda federal hökuməti ayıdn liderlik nümayiş etdirməyə səsləyir.
Qlobal iqtisadi böhran dərinləşdikcə Amerikanın artıq uzun müddətdir ki, problemlərlə üzləşən avtosənayesi daha böyük çətinliklərlə üzləşir. Bloomberg qəzetində məqalə ilə çıxış edən Amerika Sahibkarlıq İnstitutunun iqtisadi siyasət üzrə eksperti Kevin Hassett hökuməti avtomobil sənayesinə yardım etməməyə çağırır. Onun fikrincə iqtisadiyyat idman kimidir. Bəzən məğlub olursan, amma döyüşməkdə davam edirsənsə, yenidən qələbə çalmaq şansı qalır. Hasset ərz edir ki, ABŞ iqtisadiyyatı tarix boyu geriləmələrlə üzləşib və hər dəfə də bu sınaqlardan üzüağ çıxıb. Onun sözlərinə görə ABŞ iqtisadiyyatı qarşıdan gələn aylarda kiçilməkdə davam edəcək. Lakin əgər keçmiş bu istiqamətdə göstəricidirsə onda demək olar ki, 1947-ci ildən bəri orta hesabla hər il ABŞ iqtisadiyysatı 3.2 faiz genişlənib. Hassetin fikrincə buna səbəb ABŞ-da mövcud olan azad bazar prinsipləridir ki, bu, istər iqtisadi uğura, və lazım gələrsə rəqabətcillik qabiliyyətini itirmiş şirkətlərə səhnədən getməyə imkan verir.
Bu xüsusda müəllif ABŞ avto-sənayesinə 50 milyard dollar maliyyə yardımı ayrılmasının əleyhinə çıxır. Belə ki, hökumətin müdaxiləsi mülfisləşmə kimi ağrılı prosesi bir qədər də uzadacaq. Bəzi adamlar şirkətin bankrot olmasını onun ölməsi kimi dəyərləndirir. Amma əslində şirkət özünü müflis elan edəndə bu daha çox intensiv müalicəni xatrıladır. Şirkətlər nəhəng çətinliklərlə üzləşəndə onlar bu prosesə baş vurur və sonda ortaya yeni, daha yaxşı təşkil olunmuş şirkətlər meydana çıxır. Amerika kapitalizminin qayəsi məhs bu rəqabətcilliyi qoruma xarakterindən qaynaqlanır. General Motors kimi korporasiyalar nə qədər tez öz işlərini səhmana salsalar bir o qədər tez iqtisadiyyat düzgün istiqamətdə irəliləməyə başlaya bilər. Vergiverənlərin pulunu uğursuz şirkətlərə ötürməyin isə faydası yoxdur, deyə Hasset yazısını bitirir.