Accessibility links

Taliban yaraqlıları ilə qəbilə başçıları arasında qarşıdurma olub


Pakistan rəsmilərinin bildirdiyinə görə, ölkənin şimal-qərbində, Əfqanıstanla sərhəddəki Bacur mahalında Taliban yaraqlıları ilə qəbilə başçıları arasında baş verən qarşıdurma zamanı azı 7 nəfər həlak olub. Yerli hökumət rəsmisi İsrar Xanın dediyinə görə, qarşıdurma dünən yaraqlıların Mamun qəbiləsinin bir qrup ağsaqqalını tutub saxladıqdan sonra başlayıb. İsrar Xan atışma zamanı hər iki tərəfin silahlardan və partlayıcı qurğulardan istifadə etdiklərini deyib. Yaraqlılar tərəfindən saxlanılan qəbilə ağsaqqalları Taliban və Əl-Qaidə militantlarına qarşıdırlar .

XS
SM
MD
LG