Accessibility links

Mark Almond: `Azərbaycanla Ermənistan mövqelərini aydın bildirsinlər`


Dağlıq Qarabağ münaqişəsi ətrafında son həftələrdə cərəyan edən diplomatik fəallıq Qərb institutlarının diqqətini nizamlama prosesinə cəmləşdirib. Münaqişə tərəfləri və vasitəçilər qarşıdakı aylarda da bir sıra yüksək səviyyəli görüşlərə hazırlaşırlar. Bir sıra Qərb təhlilçilərinə görə isə, əslində indi baş verənlər sülh prosesində reallıqdan uzaq təəssürat yaradıb.

Londonda yerləşən Oxford Universitetinin professoru Mark Almond Qarabağ nizamlaması ətrafında son vəziyyəti Amerikanın səsinə şərh edib. Qafqaz üzrə mütəxəssis Mark Almond müsahibəsində deyib ki, hazırda Qarabağ nizamlaması ətrafında cərəyan edən proseslərə Azərbaycan və Ermənistana verilmiş bir sınaq dövrü kimi baxılmalıdır. Yəni indi bəlli olacaq ki, bu ölkələrin liderləri doğrudan sülh istəyirlər, yoxsa sülh danışıqları arxasında gizlənirlər:

"Problem ondan ibarətdir ki, son razılaşma əldə olunmayana qədər hadisələr istənilən istiqamət ala bilər. Yerlərdə praktiki məsələlərinin həlli ilə bağlı belə təhlükə mövcuddur. Buna görə də, ekspert deyir ki, indi müxtəlif istiqamətlərdən – Rusiyadan, Türkiyədən və hətta İrandan gələn sülh təklifləri əslində proses ətrafında beynəlxalq çəkişmələrin bariz sübutudur".

Mark Almond deyir ki, aydın görünür ki, Gürcüstandakı müharibədən sonra Qarabağ münaqişəsi ətrafında kontekst dəyişib. Xüsusən də Türkiyənin son addımları bölgədəki mühiti dəyişib. Amma onun fikrincə, problem budur ki, Ankara məhz Gürcüstan olayları nəticəsində verdiyi iqtisadi itkilərə görə, yeni sülh təşəbbüsü ilə çıxış edib. Bölgədə tərəflərin maraqlarını tutuşdurmaq isə olduqca çətin bir məsələdir. Belə ki, məsələn, Türkiyə ilə sərhədlərin açılması Ermənistanı qane edə bilər, amma Dağlıq Qarabağda buna fərqli münasibət bəslənilir. Bakıda Ankara ilə Yerevanın yaxınlaşması birmənalı qarşılanmayıb. Tərəflər kəskin qaçqın problemini çözə bilməyiblər. Bu kimi praktiki məsələlər əngələ çevrilib. Hərçənd ki, danışıqların özündə irəliləyiş nəzərə çarpır:

“İndi Rusiya da İlham Əliyevlə Serj Sarkisyana nizamlama ilə bağlı bəyanat imzalatdırıb. Sizcə, bu, Qarabağ danışıqlarında yeni mərhələ sayıla bilərmi» sualımıza Mark Almondun cavabı belə oldu ki, bunu demək bir qədər tezdir, çünki hər iki cəmiyyətdə mümkün güzəştlərə güclü müqavimət var. Onun fikrincə, bu, elə bir mərhələdir ki, danışıqlar prosesi qəfildən real bir prosesə çevrilib. Buna görə də səmimi olmaq mərhələsi gəlib çatıb – tərəflər aydın mövqe bildirməlidilər ki, doğrudan da sülhün əldə olunmasını istəyirlər, yoxsa onlar status-kvo vəziyyətində özlərini daha rahat hiss edirlər».

Mark Almond deyir ki, indi Azərbaycan öz davranışları ilə vasitəçilər arasında seçim etmək istəmədiyini göstərir. Bu əslində düz yoldur çünki məsələn, Rusiyanın Azərbaycan və Ermənistana olan münasibəti Gürcüstana olan münasibətindən fərqlidir. Gürcüstandan fərqli olaraq Azərbaycan və Ermənistan balanslı xarici siyasət yürüdürlər, həm Rusiya ilə normal əlaqələri var, həm də Qərblə əməkdaşlıq edirlər. Buna görə də onun fikrincə, indi Moskvada münaqişənin həllini istəyənlər istəməyənlərdən daha çoxdur.

Ekspert deyir ki, həmişəki kimi, indi də hər iki tərəfdə güzəştə getmək asan deyil. “Sizcə indiki vəziyyətdə problemin çözümünü tapmaq mümkündürmü” sualına cavabda Mark Almond vurguladı ki, “istənilən halda Qərblə Rusiyanın münasibətləri Qarabağ problemi kölgəsində qalır. Qarabağ məsələsi Qafqazda sabitlik baxımından daha təhlükəlidir. Siyasi dairələr və liderlər son zamanlar bu mövzu ətrafında qızğın mübahisələrə qatılıblar. Beynəlxalq səviyyədə tərəflər razılığa gəlsələr də, bu razılığı əhaliyə təqdim etmək müşkül görünə bilər. Xüsuslə də Ermənistanda. Burada razılıq nüfuzlu Ermənistan və Qarabağ elitaları tərəfindən qəbul edilməlidir.

«Bütün bunlara baxmayaraq, diplomatik təmaslara son qoyulmamalıdır. Çünki hər kəs başa düşür ki, münaqişə sənin düşündüyündən fərqli şəkildə yaranır. Hamı anlayır ki, Cənubi Osetiya münaqişəsi Qarabağda mümkün münaqişədən daha kiçikdir. Bu, sanki hərbi yoldan danışanları ayıltdı», - deyə ekspert vurğulayıb.

XS
SM
MD
LG