Accessibility links

İranda 5 milyon sayt bağlandı


İranın prokurorluq rəsmilərinin bildirdiyinə görə, ölkədə 5 milyondan artıq internet səhifəsinə girişə qadağa qoyulub. İran baş prokurorunun müşaviri, Əbdulsəməd Xurrəmabadi qadağaların “qabaqlayıcı” məqsədi güddüyünü bildirib.

Rəsminin dediyinə görə, yayımı yasaq edilən saytlar “ictimaiyyətə və əxlaqa zidd”dir. Bu, İranda internet üzərində senzuranın tətbiqinə dair ilk rəsmi etiraf sayılır.

“İnternet informasiya okeanıdır. Bundan başqa internet vasitəsi ilə peyk televisionlarını izləmək çox asandır” -deyən Xürrəmabadi İranda internet polisinin yadaılmasına çağırıb. O habelə internetdən istifadə ilə bağlı qanun qəbul edilməsi və “internet cinayətləri”nə dair təlimlərin keçirilməsini vacib sayıb.

İranda “arzuolunmaz” internet saytlarına qadağanı həyata keçirən Komunikasiya Texnologiyası Şirkəti hər ay daha 1000 internet səhifəsinin yayımının yasaqlandığını etiraf edib. Mənbənin bildirdiyinə görə, ölkədə internet üzərində senzuraya birbaşa Təhlükəsizlik Nazirliyi nəzarət edir və saytlar da bu qurumun sifarişi ilə qapadılır.

XS
SM
MD
LG