Accessibility links

Hoşyar Zebari: "Paktın təsdiqi üçün əla imkan var"


İraqın xarici işlər naziri deyir ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, ABŞ qoşunlarının İraqda qalma müddətinin uzadılması paktının parlamentdə təsdiqini tapması üçün yaxşı imkan var. Hoşyar Zebari bu çıxışı parlamentdə sazişin ikinci oxunuşunun keçirilməsi ilə eyni vaxta təsadüf edib. Dünən keçirilən sessiya vaxtından əvvəl bitmişdi. Buna şiə dini lider Möqtəda Əl-Sədrə sadiq qanunvericilərin zalda qarışıqlıq salması səbəb olmuşdu. Bir qanunverici mühafizəçilərlə dalaşmışdı. Müxalif mövqelərə baxmayaraq, razılaşmanın qəbul olunacağı gözlənilir. Çünki İraq baş naziri Nuri Əl-Malikinin hakim koalisiyası qanunverici orqanda dominantlıq edir. Paktın parlamentdə səsverməyə noyabrın 24-də qoyulacağı gözlənilir.

XS
SM
MD
LG