Accessibility links

Alimlər İranın nüvə bombası istehsalı üçün kifayət qədər nüvə yanacağı olduğunu düşünür


“Nyu York Tayms” qəzetində dərc olunmuş məqalədə deyilir ki, alimlərin fikrincə, İran bir nüvə bombası hazırlamaq üçün artıq kifayət qədər uran yanacağı ehtiyatına malikdir. Qəzetin müsahibə apardığı alimləri deyiblər ki, İran silahı istehsal etməzdən öncə nüvə yanacağını təmizləmək və onu raket başlığına yerləşdirməlidir. Onların bildirdiyinə görə, İranın bomba hazırlamağı bacarıb-bacarmadığı aydın deyil.

Eksperlər öz mülahizələrini Beynəlxalq Atom Enerjisi agenltiyinin bu həftə açıqladığı hesabata əsasən irəli sürüblər. Hesabatda deyilir ki, bu günə qədər İran nüvə bombası üçün 630 kiloqram az səviyyədə zənginləşdirilmiş uran istehsal edib.

XS
SM
MD
LG