Azərbaycanın xarici tele-radioların
ölkədə milli tezliklərdə
yayımına son qoyulması planına
baxmayaraq, ABŞ Dövlət
Departamentinin rəsmisi Amerikanın Səsi
və Azadlıq Radiosunun Azərbaycanda yayımını davam etdirəcəyinə ümid bəslədiyini
bildirib. Dövlət katibinin yardımçısı Devid Kramer Bakıda jurnalistlərə deyib
ki, Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra o, bu qurumların Bakıda yayımının davam etdirməsi
barədə nikbin fikirdədir. ABŞ rəsmisinin sözlərinə görə, Amerikanın Səsi və
Azadlıq Radiosuna nəzarət edən ABŞ-ın Beynəlxalq Yayım Şurası bu yayım
şirkətlərinin yeni müqavilə əldə etməsi üçün Azərbaycan agentlikləri ilə əlaqə
quracaq.
Keçən ayın sonu Azərbaycan hökuməti bildirib
ki, qanun beynəlxalq qurumların
proqramlarının yerli radio və televiziya stansiyalarında və milli
tezliklərdə yayımına qadağa qoyur.