Accessibility links

İranda azərbaycanlılara qarşı təqiblər davam edir


“İnsan Haqları Reportiyorları Komitəsi”nin məlumatına görə, İranda daha bir azərbaycanlı fəal həbs edilib. Təbrizli Cəmşid Zarei 3 gün öncə saxlanılıb.

Onun həbsinin motivi barədə məlumat verilmir. Cəmşid Zarei bu ilin əvvəllərində də həbs olunmuşdu. O, 3 ay müddətinə Ettelaat təcridxanasında saxlanıldıqdan sonar zaminə buraxılmışdı.

Bu arada, qeyri rəsmi mənbələr habelə İranın Makı şəhərində İslam İnqılab Məhkəməsinnin Sabir Beytullahi və Bəhmən Nəsirzadə adlı iki gənc haqqında azadlıqdan məhrum etmə cəzası çıxardığını xəbər verirlər.

Daha iki azərbaycanlı isə Təbrizdə Ettelaat idarəsinə çağırılıb. Mahmud Fəzli və Vəhid Şıxbəylinin siyasi fəaliyyətlərinə görə təhlükəsizlik organlarına çağrıldığı güman olunur.

XS
SM
MD
LG