Accessibility links

Amerikaya gəlmək üçün tələbə vizası


Amerika universitet və kolleclərinə qəbul olunmaq viza almaq üçün qarantiya deyil.Viza almaq sizə Amerikaya yetişməyə icazə verir, amma bu isə imiqrasiya şöbəsinin sizin ölkəyə daxil olmanıza icazə verməsinə qarantiya vermir. Səyahət sənədləri Dövlət Departamenti tərəfindən verilir. Amma mühacirət məsələsi Daxili Təhlükəsizlik Nazirliyinin səlahiyyətindədir. Dövlət

Departamenti viza əldəetmənin butun qaydalarını göstərən Veb səhifəyə malikdir. Bu veb səhifənin elektron ünvanı unitedstatesvisas.gov-dur.
Siz viza üçün lazımı sənədlərlə Amerika səfirliyinə və ya konsulluğuna müraciət edə bilərsiniz ki, onların siyahısına Amerikada məktəbə qəbul olunmağızın haqqında sənədlər də daxildir.

Siz həmçinin kifayət qədər maliyyə imkanlarına malik olmanız haqqında bank və vergi hesabatlarını göstərən sənəd təqdim etməlisiniz.Və təhsilinizi başa vurduqdan sonra vətənə qayıdacağınız haqda dəlil gətirməlisiniz.
Bunlar viza almaq üçün vacib olan tələblərdir. Konsulluq həmçinin sizin şəklinizi çəkib və barmaq izinizi götürəcək.

Xarici tələbələrlə yerli konsulluqda müsahibə olur. Onlara çoxlu suallar və eyni zamanda məlumat verilir. Buraya viza ərizə forması üçün ödəmələri hara və necə etmək haqqında direktivlər daxildir.
Ödəmə 200 ABŞ dollarıdır. Siz Amerikada məktəbə daxil olan kimi viza üçün müraciət etməlisiniz çünkü viza müraciətinə baxılması vaxt aparır.

Siz proqram başlamazdan 120 gün qabaq viza almalı və əgər tələbə kimi birinci dəfə ABŞ-a gəlirsinizsə, dərslər başlamazdan 30 gün əvvəl ölkəyə daxil olmalısınız.

Siz Amerikaya bir kərə gəldikdən sonra, vizanızın və təhsilin şərtlərini pozmadığınız təqdirdə təhsil alacağınız müddətdə burada qala bilərsiniz. Sizin təhsil aldığınız məktəb sizin tələbə kimi statusunuz haqqında məlumatı DaxiliTəhlükəsizlik Nazirliyinə təqdim edir.

Bir də xatırladaq ki, ABŞ-da oxumaq üçün tələbə vizası almaq barədə ən dəqiq məlumatı unitedstatesvisas.gov ünvanında tapa bilərsiniz.

XS
SM
MD
LG