Accessibility links

Qazprom Kiyevi yenidən təhdid edir


Rusiyanın ən böyük neft-qaz şirkəti Ukraynanı təhdid edərək təchizatları kəsəcəyini bildirib. Qazpromun sözçüsü Serqey Kupriyanovun “Vesti 24” telekanalına açıqlamasına görə, şirkət yanvar ayında nəqli dayandırıcaq. Bu, Ukraynanın yeni razılaşma izlamasına kimi davam edəcək. Qazprom rəsmiləri həmçinin tələb edirlər ki, Ukrayna ödənməmiş yanacaq borclarının 2 milyard dollardan çox hissəsini qaytarsın. Bu, Qazpromun ilk təhdidi deyil. Qiymət mübahisəsinə görə şirkət 2006-cı ildə təchizatların nəqlinə qısa müddət fasilə vermişdi. Bu, həm də bütün Avropaya qaz nəqlinin dayanması demək idi. Avropaya gedən təbii qaz təchizatlarının çoxu Trans-Ukrayna boru kəmərləri vasitəsilə nəql olunur. Rusiya və Ukrayna həmçinin 2009-cu il üçün yeni qiymətlər barədə danışıqlar aparır.

XS
SM
MD
LG