Accessibility links

APEK sammiti sona çatdı


Sakit Okean hövzəsi ölkələrinin liderləri bu gün Peru paytaxtı Limada sammiti baş vurublar. Onlar qlobal maliyyə böhranına qarşı vahid cəbhə yaradacaqlarını bildiriblər. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatının 21 lideri dünən konfransda beynəlxalq ticarətə qoyulan artan baryerləri bir illiyinə dayandıracaqlarına söz veriblər. APEK üzvləri habelə vəd ediblər ki, onlar iyul ayında dayanmış dünya ticarət danışıqlarının canlanması üçün təzyiq göstərəcəklər. Bu konfrans ABŞ prezidenti Corc Buşun kürsüsünü tərk etməmişdən öncə kecirdiyi son sammit idi. O, dünən çıxışı zamanı deyib ki, iqtisadiyyata stimul verəcək ən güclü qüvvə “azad bazar, azad ticarət və azad insanlardır”.

XS
SM
MD
LG