Accessibility links

Barak Obama iqtisadi komandasının üzvlərinin adlarını açlqlamağa hazırlaşır


ABŞ-a prezident seçilmiş Barak Obamanın müşavirləri bildirirlər ki, cənab Obama rəsmən vəzifəsinin icrasına başlamasına iki ay qalmış iqtisadi komandasının üzvlərinin adlarını açlqlamağa hazırlaşır. Cənab Obama bu gün Çikaqo şəhərində keçirəcəyi konfransda milyonlarla yeni iş yerinin açılmasını nəzərdə tutan iqtisadi bərpa planının həyata keçirilməsinə görə məsuliyyət daşıyacaq şəxslərin adlarını göstərəcək. Cənab Obamanın müşavirləri bildirirlər ki, iqtisadi komanda tənəzzüldə olan Amerika iqtisadiyyatını stimullaşdırmaq üçün daha geniş səylər göstərəcək.

ABŞ-ın maliyyə bazarları hazırda Nyu Yorkun Mərkəzi Bankının prezidenti Timoti Geytnerin Maliyyə naziri vəzifəsinə göstəriləcəyinə müsbət reaksiya verib. Cənab Obamanın bu gün həmçinin Lourens Sammersi Milli İqtisadi Şuranın direktoru vəzifəsinə təyin edəcəyi gözlənilir. Sammers prezident Bil Klinton dövründə maliyyə naziri olub.

XS
SM
MD
LG