Accessibility links

Beynəlxalq Böhran Qrupu: "Saakaşvilini ciddi sınaq gözləyir"


Beynəlxalq araşdırma qrupu deyir ki, Gürcüstan Rusiya ilə uğursuz münaqişəyə görə ictimai narazılığı və qlobal iqtisadi problemlərin təsirlərini aradan qaldırmaq üçün təcili islahatlar həyata keçirməlidir.

Beynəlxalq Böhran Qrupunun bu gün açıqladığı hesabatında deyilir ki, prezident Mixeil Saakaşvilinin mövqeyi indi təhlükəsizdir. Ancaq hesabat onun mövqeyinin qarşıdakı aylarda ciddi sınaqdan keçəcəyini bildirib. Müxalifət hələ də Rusiyanın avqust ayında hərbi müdaxiləsindən əvvəl Gürcüstan hökumətinin qərarı barədə kəskin suallarını davam etdirir. Hesabat Saakaşvili hökumətini xarici investisiyalar və inkişaf üçün siyasi stabilliyi bərpa etməyə çağırır. Orada habelə deyilir ki, Tbilisi daha çox sosial yardım ayırmalı, müstəqil ədliyyə sistemi ilə təmin edilməli və mətbuata daha çox azadlıq verməlidir.

XS
SM
MD
LG