Hindistan
təhlükəsizlik qüvvələri islamçı yaraqlıların Mumbay şəhərinə son hücumlarının
qarşının alınmasında inkişafa nail olublar. Bu gün Hindistan xüsusi təyinatlı
qüvvələrinin rəsmisi deyib ki, onlar içəridə iki yaraqlını öldürərək və
çərşənbə günü hücumlar başlayandan bəri götürülən girovları azad edərək
Oberoy-Trident mehmanxanasına nəzarəti ələ keçiriblər. Ancaq “Taj Mahal Palace” otelində və yəhudi qrupa
məxsus binada qarşıdurma davam edir. Yaraqlıların hər iki məkanda insanları
əsir götürdüyü ehtimal edilir. Çərşənbə günü axşamdan başlayaraq yaraqlı
qruplar Mumbay şəhərində əlaqəli hücumlar həyata keçiriblər. Nəticədə 140 nəfər həlak olub,
300-dən çox insan yaralanıb. Ölənlər arasında əcnəbilər və yüksək rütbəli polis
məmurları da var.