Accessibility links

Liviyaya yeni səfir təyin edilib


ABŞ Dövlət Departamenti son 36 ildə ilk dəfə olaraq Liviyaya səfir təyin edib. Beləliklə iki ölkə arasında münasibətlərin normallaşmasına doğru daha bir addım atılır. Diplomat Cin Kretz ölkələr arasındakı bu mühüm tarixi bir dövrdə ABŞ-ın o ölkədəki maraqlarının yaxşı təmsil ediləcəyini deyir. ABŞ Senatı tərəfindən Cin Kretzin səfir kimi keçən həftə təsdiq edilib və dekabr ayının 17-də and içərək vəzifəsinə başlamalıdır. ABŞ dövlət katibi Kondoliza Rays Liviya lideri Müəmmar Qəzzafinin oğlu ilə səfirin təsdiq edildiyi gün görüş keçirmişdi.

XS
SM
MD
LG