Accessibility links

İran ərəb ölkələri ilə birgə stansiyaların inşasını təklif edir


İranın atom enerjisi agentliyinin rəhbəri Qulam Rza Ağazadə qonşu ərəb ölkələri ilə birgə nüvə elektrik stansiyalarının inşasını təklif edib. Cənab Ağazadə nüvə elektrik stansiyalarının inkişaf etdirilməsi ilə bağlı təklifin detalları haqda spesifik məlumat verməyib. İran özünün ilk atom elektrik stansiyasını Rusiyanın köməyi ilə inşa edir. İran bildirir ki, nüvə silahı deyil, nüvə enerjisini inkişaf etdirir. Ancaq Qərb dövlətləri Tehranın bu təşəbbüsünün hərbi məqsəd daşımasından narahatdır. BMT Təhlükəsizlik Şurası İrana qarşı bir neçə dəfə sanksiya tətbiq edib. Bunun səbəbi İranın uranı zənginləşdirilməsi proqramını dayandırmaqdan imtina etməsi olub. Tehran nüvə proqramlarının dic məqsəd daşıdığını bəyan edir.

XS
SM
MD
LG