Accessibility links

Kondoliza Rays terror hücumları ilə bağlı danışıqlarını Pakistanda davam etdirir


ABŞ dövlət katibi Kondoliza Rays Pakistanda keçən həftə Mumbaydakı terror aksiyalarının istintaqında əməkdalığa dair ölkə rəsmiləri ilə danışıqlar keçirir. Dünən Hindistanda olan dövlət katibi deyib ki, Pakistanın bu əməkdaşlıqda xüsusi cavabdehliyi var. Dehliyə səfəri zamanı xanım Rays ölkələr arasında artmaqda olan gərginliklərin aradan qaldırılması məqsədi ilə müzakirələr keçirib. ABŞ dövlət katibi deyib ki, aralarında amerikalıların da olduğu 170 insanın ölümünə səbəb olan bu aksiyanın istintaqında Amerikanın xüsusi marağı var. Hindistanın xarici işlər naziri Pranab Mukerji hücumcuların Pakistandan olduğuna şübhə etmədiyini, Hindistanın vətəndaşları və ərazilərinin müdafiəsində hər bir ölçüyə əl atacağını bildirib.

XS
SM
MD
LG