Accessibility links

Rey Odierno: `Iraqdakı ABŞ qüvvələrinin fəaliyyətlərində dəyişikliklər ediləcək`


Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin komandiri, general Rey Odierno bu gün iki ölkə arasında təhlükəsizlik paktının imzalanmasından sonra Amerika hərbi qüvvələrinin İraqdakı fəaliyyətlərində dəyişikliklər ediləcəyini bildirib. General Odierno deyib ki, İraqdakı ABŞ qüvvələrinin fəaliyyətləri yeni qanunlara əsasən davam etdiriləcək. General Odierno ABŞ qüvvələrinin hələ də özünümüdafiə qabiliyyətinə malik olacağını və gələcək əməliyyatların İraqın təhlükəsizlik qüvvələri ilə koordinasiya ediləcəyini bildirib. O, ABŞ qüvvələri tərəfindən İradakı Əl-Qaidə və digər ekstemist qüvvələrə qarşı hücumların İraq konsitusiyası və qanunlarına uyğun şəkildə həyata keçiriləcəyini bildirib.

XS
SM
MD
LG