Accessibility links

İranda inflyasiya 25 faizə yüksəlib


İran Mərkəzi Bankının yaydığı məlumata görə, bu ölkə inflyasiya üzrə Orta Şərq və Körfəz ölkələri arasında birinci , bütün dünya üzrə isə dördüncü yerdədir. Bankın rəsmisi Mahmud Bəhməninin etirafına görə, ölkədə inflyasiya son 12 ayda az qala 25 faizə yüksəlib.

Onun məlumatına görə, ötən mart ayında ölkədə mövcud inflyasiya 9 faizə yaxın olub, ancaq hökumətin apardığı iqtisadi siyasət inflyasiyasnın aydan aya artmasına səbəb olub.

Mərkəzi Bank habelə ölkədə işsizliyin təxminən 11 faiz olduğunu bildirib. Bankın məlumatına görə, şəhərlərdə işsizlik 12.5 faiz, kəndlərdə isə 6.7 faizdir. Bundan öncə Beynəlxalq Maliyə Fondu da İranda inflyasiyanın get-gedə artacağını bildirmişdi.

Beynəlxalq maliyə Fondu İrandakı inflyasiyanın 26 faiz olduğunu bildirməklə bu ölkənin dünyada 4-cü yeri tutduğunu qeyd etmişdi. Fondun bildirdiyinə görə, İran Orta Şərq və Körfəz bölgəsində inflyasiyaya görə 1-ci yeri tutur. 17 faiz inflyasiya ilə Yəmən 2-ci yerdədir. Bəhreyndə inflyasiya 4.5 fazidir, bu isə Orta Şərqdə ən aşağı hədd sayılır.

XS
SM
MD
LG