Accessibility links

Üçlüyün rəhbərləri hökumətdən yardım əldə edilməsi səylərini davam etdirir


General Motors, Ford və Kraysler şirkətlərinin rəhbərləri hökumətdən yardım planı əldə edilməsi səylərini davam etdirir. Böyük üçlük hökumətin yardımı olmadan fevral ayında iflasa uğrayacağı barədə xəbərdarlıq verir. Bu gün ABŞ Nümayəndələr Palatasının Maliyyə Komitəsi qarşısında ifadə verən üçlüyün rəhbərləri hökumətin 34 milyardlıq yardım paketinin sərf ediləcəyi sahələrə dair hesabat verir. Dünən Senatda ifadə verən şirkət liderləri avtomobil sənayesinin çökməsi ilə milyonlarla isnanın yaxın zamanda işsiz qalcağı barədə xəbərdarlıq verib.

Bu arada Amerikanın Əmək Nazirliyinin son hesabatında noyabr ayında 300 000 amerikalının işini itirdiyi bildirilir. Bu isə son 26 ildə ən böyük işsizlik göstəricisidir.

XS
SM
MD
LG