Accessibility links

Pekində keçirilən `Strateji İqtisadi Dialoq`  yığıncağı başa çatdı


Pekində keçirilən Strateji İqtisadi Dialoq adlanan yüksək səviyyəli müzakirələr beynəlxalq ticarətin canlandırılmasına 20 milyard dollar vəsait ayrılacağı vədi ilə başa çatdırılıb. Çin və ABŞ arasında keçirilən görüşün yekunu olaraq tərəflər energetika və ətraf mühit sahələrini əhatə edən razılıqlar əldə edib. Bundan əlavə, qlobal iqtisadiyyatın möhkəmləndirilməsi və proteksionizmlə mübarizə ediləcəyinə dair vədlər səslənib.

Yığıncağın açılışında Çinin baş nazir müavini Vang Qişan ABŞ-ı Çinin Amerikadakı hesablarının qorunmasına səsləyib. ABŞ-ın nümayəndə heyətinə başçılıq edən Amerikanın maliyyə naziri Henri Polson deyib ki, 20 milyardlıq vəsait inkiaf etməkdə olan iqtisadiyyatların idxal imkanlarının artırılması, habelə Amerika və Çindən ixracın maliyyələşdirilməsinə sərf ediləcək.

XS
SM
MD
LG