Accessibility links

Barak Obama Veteranlarla iş üzrə naziri təyin edib


ABŞ-ın növbəti prezidenti Barak Obama Buş administrasiyasının İraq siyasətinin tənqidçisini Veteranlarla İş üzrə nazir təyin edib. Cənab Obama bu gün Çikaqoda təqaüddə olan general Erik Şinsekinin təyinatını rəsmən elan edib. O, Şinsekinin vətənə qayıdan əsgərlərin qayğısına qalacaq şəxs olacağına inandığını bildirib.

General Şinseki 2003-cü ildə İraqa hərbi müdaxilə üçün o zaman müdafiə naziri olan Donald Ramsfeldin göndərmək istədiyindən daha çox qoşun yeritməyi təklif etmişdi. Buna görə o, vəzifəsindən azad edilmişdi.

Yapon əsilli Şinseki Havayda boya başa çatıb. Konqres tərəfindən təsdiq olunarsa o, ilk Asiyalı- Amerikalı Veteran İşləri naziri olacaq.

XS
SM
MD
LG