Accessibility links

'İran nüvə silahı qabiliyyətinə malik deyil'


Rusiya mətbuatının bildirdiyinə görə, ölkə rəsmiləri İranın nüvə silahı əldə etmək qabiliyyətinə malik olmadığına əmindir. Rusiyanın Xarici İşlər Nazirliyinin Avropa ilə Əməkdaşlıq Departamentinin direktoru Vladimir Voronkova istinadən verilən məlumatlarda deyilir ki, İran nüvə silahı yarada bilməz. Dünən İran deyib ki, Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Barak Obama Tehranın nüvə proqramına münasibətdə necə deyərlər, “həm yağlayır, həm dağlayır” siyasətindən əl çəkməlidir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qaşqavinin sözlərinə görə, Obamanın Tehranı nüvə siyasətinə korrektə etməyə çağırmasına baxmayaraq, ölkəsi heç vaxt uranın zənginləşdirilməsi planlarından əl çəkməyəcək. Şənbə günü NBC telekanalına müsahibəsində cənab Obama demişdi ki, o, İranın nüvə proqramını dayandırmaq üçün bu ölkəyə iqtisadi həvəsləndirici təkliflər verməyə hazırdır.

XS
SM
MD
LG